“Azərbaycan Dəmir Yolları” Bakı-Sumqayıt elektrik qatarının Siyəzənə hərəkət etməsi barədə məlumatlara aydınlıq gətirib

“Azərbaycan Dəmir Yolları” Bakı-Sumqayıt elektrik qatarının Siyəzənə hərəkət etməsi barədə məlumatlara aydınlıq gətirib
# 21 sentyabr 2015 10:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Sosial şəbəkələrdə 20 sentyabr 2015-ci il tarixində Bakı-Sumqayıt marşrutu lə hərəkət edən qatar barədə “Yolu səhv saldı, Siyəzənə getdik...” başlıqlı yazı geniş müzakirələrə səbəb olub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov APA-ya bildirib ki, elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə bəzi profilaktik işlərin görülməsi ilə əlaqədar sentyabrın 19-u və 20-də Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə dəyişikliklər edilib.

"Marşruta dəyişiklik edilərək qatarlar Baş Sumqayıt stansiyasına daxil olaraq hərəkət istiqamətini dəyişib, Sumqayıt sərnişin stansiyasına hərəkət edib. Qatarın Siyəzənə hərəkət etməsi barədə məlumatlar həqiqətə uyğun deyil. Sərnişinlərin ayaq üstə qalması barədə deyilənlər də əsassızdır. Sərnişinlərin rahat getməsi üçün 396 oturacaq yeri var. Nəzərə alsaq ki, 19 sentyabr tarixində gün ərzində hər reysə 100-150 bilet satışı olduğu təqdirdə ayaq üstə gedənlərin olması inandırıcı deyil.

“Azərbaycan Dəmir Yolları” QSC bildirir ki, qatarları idarə edən maşinistlər böyük təcrübəyə malikdirlər və “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş qatarların idarə etməsi üçün xüsusi hazırlıq keçiblər. İstənilən mətbuat orqanı dəmir yolu kimi spesifik bir sahədən səriştəsiz, bu sahəyə bələd olmayanların yazı hazırlamasına imkan verməməlidir. Son olaraq bildiririk ki, dəmir yolunda bir çox irihəcmli layihələr icra olunmaqdadır. Belə insanların yazdıqları “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində aparılan əsaslı islahatlara kölgə salmaqdan başqa bir şey deyil”, - deyə N. Əzməmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR