Göygöldə bıçaqlanma olub

Göygöldə bıçaqlanma olub
# 29 mart 2013 13:27 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən rayon mərkəzində olan şadlıq sarayının qarşısında qeydə alınıb. Göygöl rayon sakini, 1987-ci il təvəllüdlü Zöhrab Həsənov şəxsi münasibətlər zəminində özündən 21 yaş böyük olan Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Xanlar Həsənovu bıçaqlayıb. Ağır bədən xəsarəti alan Z. Həsənov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR