Bakıda tikilinin döşəməsi çöküb, 47 yaşlı qadın quyuya düşüb - FOTO - VİDEO

Bakıda tikilinin döşəməsi çöküb, 47 yaşlı qadın quyuya düşüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 may 2015 22:13 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Balaxanı qəsəbəsi, Yanar dağ küçəsi ev 19-da baş verib.

1968-ci il təvəllüdlü Rəsulova Maral Yəhya qızı özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən əlavə tikilinin döşəməsinin çökməsi nəticəsində əmələ gəlmiş diametri təxminən 3-4 metr, dərinliyi təxminən 3 metr olan quyuya düşüb. Qadın aldığı xəsarət nəticəsində düşdüyü quyudan çıxa bilməyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Onlar müvafiq alət və avadanlıqlardan istifadə edərək Maral Rəsulovanı dağıntılar arasından çıxarıb və hadisə yerinə çağrılmış təcili tibbi yardım briqadasına təhvil vermişlər.

Aparılmış ilkin müayinə zamanı 47 yaşlı qadının bel nahiyəsindən xəsarət aldığı müəyyən olunub.

Xilasedicilər hadisə yerinə təkrar baxış keçirərək təhlükəsizlik tədbirləri həyata keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR