Deputatlığa namizəd İsmayıl Ağayevə Avropadan məktub gəlib

Deputatlığa namizəd İsmayıl Ağayevə Avropadan məktub gəlib
# 27 oktyabr 2015 19:39 (UTC +04:00)

Bakı-APA. Milli Məclisə deputatlığa namizəd İsmayıl Ağayevə Avropadan məktub gəlib. İsmayıl Ağayevin seçki qərargahının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məktubda deyilir:

“26.10.2015 tarixdə Çexiya Respublikasının Brno şəhərində yerləşən Beynəlxalq Diaspora Mərkəzinin Avropa nümayəndəliyində Çexiya Azərbaycan Elm və Mədəniyyət Mərkəzi ilə birlikdə növbəti toplantı keçirilib.

Nüfuzlu ziyalıların, iş adamlarının, tanınmış ictimai siyasi xadimlərin, müəllim və tələbələrin iştirak etdiyi toplantıda gündəlik məsələ kimi, BDM-in sədri İsmayıl Ağayevin Azərbaycan respublikasının Milli Məclisinə deputatlığa namizəd olması məsələsi müzakirə olunub.

BDM-in Avropa Nümayəndəliyi rəhbəri prof.Azər Kərimov deputatlığa namizəd İ.Ağayevin tərcümeyi halı, həyat yolu, təhsili, diaspor fəaliyyəti haqqında toplantı iştirakçılarına geniş məlumat verib, namizədin Milli Məclisə deputat kimi layiq olmasını həyatı dəlillərlə, real faktlarla əsaslandırıb.

Digər çıxış edənlər prof.İvan Meznik, prof.Jiri Vanek, dok.MUDr.Frantisek Capka, doc.MUDRr.Jiri Dusek, PHDr.Tomas Cermak müasir dövrdə Çexiya Azərbaycan münasibətlərinin hərtərəfli pozitiv inkişafı konktekstində əhəmiyyətli rolu olan BDM-in və onun sədri İ.Ağayevin gördüyü əhəmiyyətli işləri xüsusilə qeyd ediblər.

İ.Ağayevin son 7-8 il ərzindəki, Azərbaycan Respublikası daxilində o cümlədən MDB miqyasında, Türkiyə, Polşa, Çexiya, Avstriya, Macarıstan, Ispaniya, Belçika kimi Avropa ölkələrində əhəmiyyətli, məqsədyönlü diaspora fəaliyyəti, onun Azərbaycan Respublikası Milli Məclisinə layiqli deputat olmasının əyani sübutudur.

Biz İ.Ağayevi tam dəstəkləyirik və ona yeni uğurlar arzu edirik.

Çexiya Respublikası, Brno şəhəri”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR