Azərbaycanda avtomatlaşdırılmış əlil arabalarına ehtiyacı olan şəxslərin sayı müəyyənləşdirilir

Azərbaycanda avtomatlaşdırılmış əlil arabalarına ehtiyacı olan şəxslərin sayı müəyyənləşdirilir
# 10 oktyabr 2014 13:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin avtomat əlil arabaları ilə təmin etmək üçün müəyyən işlər görür.

APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib ki, nə qədər insana avtomat əlil arabaları lazım olduğunu bilmək üçün hazırda xüsusi vasitələrlə təmin olunmuş və əlilliyi olan insanların sayı müəyyənləşdirilir.

“Bu vaxta kimi nazirlik əsasən mexaniki əlil arabaları alırdı. Cari il isə ilk dəfə olaraq biz sırf alman istehsalı olan “Meyra” şirkətinin istehsalı olan avtomat arabalar almışıq. Onlar keyfiyyət baxımından ən yüksək sayılırlar. Apardığımız tədqiqatlar göstərir ki, məhz avtomatlaşdırılmış əlil arabalarına ehtiyacı olan şəxslər var. Həmin arabaların alınaraq ölkəyə gətirilməsi istiqamətində böyük işlər görülür”.

Nazir əlavə edib ki, Brayl əlifbası ilə müəyyən kitabların çapı və yayılması, o cümlədən xüsusi informasiya mərkəzlərinin yaradılması istiqamətində işlər həyata keçirilir. Artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə üç belə mərkəzin yaradıldığını deyən nazir qeyd edib ki, belə mərkəzlərin sayının artırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR