Həbsdə olan ilahiyyatçının istintaqı yekunlaşıb

Həbsdə olan ilahiyyatçının istintaqı yekunlaşıb
# 16 iyun 2016 08:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Vəkil Əfqan Məmmədovun APA-ya verdiyi məlumata görə, yaxın günlərdə cinayət işinin materialları ilə tanışlıq başlayacaq. Vəkil E. Mustafaoğlunun ittihamları qəbul etmədiyini deyib.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR