Milli Dirçəliş Hərəkatı Partiyası deputatlığa namizədlərini müəyyənləşdirib

Milli Dirçəliş Hərəkatı Partiyası deputatlığa namizədlərini müəyyənləşdirib
# 02 sentyabr 2015 14:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) Ali Məclisinin yığıncağı keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, iclasda MDHP-nın seçkilərdə iştirakı, seçkilərdə partiyanı təmsil edəcək səlahiyyətli nümayəndələrinin seçilməsi, namizədlərin ilkin siyahısının təsdiqi və digər məsələlər müzakirə edilib.

Beşinci çağırış Milli Məclisə keçiriləcək seçkilərdə partiyanın namizədlərinin siyahısı müzakirəyə çıxarılıb və bəzi dəyişikliklərlə qəbul olunub. Namizədlər siyahısında partiyanın sədri Fərəc Quliyev, Yazıçılar Birliyinin üzvü Səfər Alışarlı, professor Ramiz Əsgər, əməkdar artist Ağalar Bayramov və digərlərinin adları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR