Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik bitkilər aşkarlanıb

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik bitkilər aşkarlanıb
# 05 iyul 2016 16:45 (UTC +04:00)

Bakı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Balakən Rayon Polis Şöbəsinin əməkdaşları əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilərin aşkar edilməsi məqsədilə iyulun 5-də Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti əməliyyat axtarış tədbirləri keçirib.

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2016-ci il üçün “İş Planı” çərçivəsində birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 9 saylı dolayının 8 yerində müxtəlif ölçülərdə aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə bitkisi olduğu güman edilən kollar aşkar edilib.

Eyni zamanda sözügedən ərazidə 3 polietilen örtüklü kiçik istixanada çoxlu sayda kiçik ölçülü narkotik xassəli bitki, 2 yerdə isə çadırdan düzəldilmiş 2 sığınacaq müəyyən olunub.

Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR