Azərbaycan prezidenti AŞPA həmməruzəçilərini qəbul edib

Azərbaycan prezidenti AŞPA həmməruzəçilərini qəbul edib
# 26 noyabr 2012 15:01 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 26-da AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul edib.

Görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əldə olunan uğurların önəmi vurğulanıb, bu əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR