Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 İyun

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 İyun
# 15 iyun 2016 18:00 (UTC +04:00)

NATO ölkələrinin müdafiə nazirləri Varşava sammiti öncəsi qurumun Avropanın şərq hissəsi və Aralıq dənizindəki mövqelərinin gücləndirilməsi istiqamətində razılıq əldə etmək üçün son şansdan istifadə etdilər. Bu, həm də Rusiya ilə sərhəddə daha qəti möhkəmləndirmə tədbirlərinin görülməsi barəsində razılıq deməkdir.

Qərar Ukraynadan başqa, həmçinin Rusiyanın güclənməsindən narahat olan Baltikyanı ölkələrə artıq indidən alyansın dəstək verməyə hazır olduğu anlamına gəlir. Alyans Litva, Latviya, Estoniya və Polşada dörd çoxmillətli, yüksək hazırlıqlı rotasiya batalyonları yerləşdirəcək. Yens Stoltenberq Rusiya sərhədləri istiqamətindəki möhkəmlənmənin nə qədər davam edəcəyinə aydınlıq gətirməsə də, dolayı yolla söylədiyi fikirlərlə bu tədbirlərin uzunmüddətli perspektiv üçün nəzərdə tutulduğunu, Rusiya tərəfindən yönələcək hər hansı təhlükəyə qarşı müqavimət xarakteri daşıdığını açıq şəkildə bildirib.

NATO eyni zamanda Qara dəniz regionunda özünün hərbi mövcudluğunu gücləndirmək üçün müəyyən tədbirlər görəcək. Alyans artıq burada hava məkanının təftişini, o cümlədən təlimlərin sayını artırıb. Brüsseldə Pentaqon rəhbərinin bu bölgədəki ən böyük müttəfiqi və Rusiya ilə gərgin münasibətdə olan Türkiyəyə verdiyi vədlər isə Varşava sammitində əzəli rəqibə qarşı növbəti ciddi qərarların veriləcəyindən xəbər verir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR