Minskdə Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş imzalanıb

Minskdə Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş imzalanıb
# 10 oktyabr 2014 15:50 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə. Fəaliyyətini dayandırmış Avrasiya İqtisadi Şurasının Minskdə keçirilən son iclasında Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş imzalanıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə açıqlama verən Rusiya prezidenti Vladimir Putin bildirib ki, quruma üzv olan ölkələrin parlamentlərinin Ermənistanın ittifaqa qoşulması barədə sazişi təsdiqləyəcəyinə ümid edir.

“Fikrimizcə, Ermənistan Avrasiya İqtisadi İttifaqında Rusiya, Belarus və Qazaxıstanla birlikdə işləməyə hazırdır”, – deyə o əlavə edib.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yaradılması barədə ümumi saziş 2015-ci ildən qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR