Abşeronda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Abşeronda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
# 09 iyul 2015 17:18 (UTC +04:00)

Bakı-APA. Abşeronda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda Mercedes və Nissan markalı 2 minik avtomobili toqquşub. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Mercedes markalı minik avtomobilinin sürücüsü 1969-cu il təvəllüdlü Nuriyev Bəhruz Atabala oğlu hadisə yerində vəfat edib. Xilasedicilər B.Nuriyevin cəsədini deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR