Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhərində Sabirkənd kənd sakini, 1956-cı il təvəllüdlü Tamara Sadıxova yolu keçən zaman avtomobil onu vurub.
Qadın dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.