Təhsil Nazirliyi Dövlət Proqramı təqaüdçülərinə müraciət edib

Təhsil Nazirliyi Dövlət Proqramı təqaüdçülərinə müraciət edib
# 12 aprel 2013 07:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərinə müraciət edib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Dövlət Proqramı təqaüdçülərinin hər tədris ilinin sonunda Təhsil Nazirliyinə şəxsən gələrək müvafiq hesabat verməsi və qeydiyyatdan keçməsi mütləqdir. Qeydiyyat hər il iyun ayının 1-dən etibarən başlayır.

Onlar qeydiyyat üçün təhsil alınan tədris ilinin bitməsi və növbəti tədris ilinə keçmə, eyni zamanda növbəti tədris ilində semestrlərin başlanma və bitmə tarixlərini (gün, ay, il) əks etdirən təhsil müəssisəsi tərəfindən verilmiş rəsmi arayış (notarial qaydada Azərbaycan dilinə tərcümə və təsdiq edilmiş); qiymət cədvəlindən çıxarış (transkript) (notarial qaydada Azərbaycan dilinə tərcümə və təsdiq edilmiş); istifadə edilmiş aviabilet (minik talonu ilə birgə); şəxsi bank hesabından çıxarış (Təhsil Nazirliyi tərəfindən köçürülən vəsaitə dair); ümumvətəndaşlıq (xarici) pasportunun surəti və təqaüdçü tərəfindən doldurulmuş müvafiq anketi təqdim etməlidirlər.

Qeyd olunur ki, rezidenturada təhsil alan tələbələr həkim-professorlar tərəfindən verilmiş onların ümumi (ilboyu) fəaliyyətlərini qiymətləndirən arayış təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR