İstanbulun Dolmabağça Sarayına hücum edən silahlıların terror qruplaşmasının üzvü olduğu bildirilir - VİDEO

İstanbulun Dolmabağça Sarayına hücum edən silahlıların terror qruplaşmasının üzvü olduğu bildirilir - <span style="color: red;">VİDEO
# 19 avqust 2015 18:29 (UTC +04:00)

APA-nın “Röyers”ə istinadən verdiyi xəbərə görə, bu barədə İstanbul valisinin dəftərxanasından bildirilib. Saxlanılan şəxslərin hansı qruplaşma ilə əlaqəli olduğu və hücuma görə hansı terror qruplaşmasının məsuliyyət daşıdığı barədə məlumat verilmir.

Məlumata görə, saxlanılanların üzərində əl qumbarası və avtomat silah aşkarlanaraq götürülüb.

Həmçinin, saxlanılan şəxslərin avqustun 8-də hakim AKP partiyasının ofisinə edilən hücumla əlaqəli olduğu ehtimal edilir.

Qeyd edək ki, bu gün Türkiyədə rəsmi dövlət binalarından biri olan Dolmabağça Sarayının giriş qapısında növbə çəkən polislər silahlı hücuma məruz qalıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölən olmayıb, bir polis işçisi yüngül yaralanıb.

Türkiyə vaxtı ilə saat 14:40-da 2 silahlı şəxs əvvəlcə polislərə səs bombası atıb, ardınca atəş açıb. Polisin dərhal reaksiya verməsindən sonra təxribatçılar ərazidən qaçıb. Lakin polisin təqibi nəticəsində onlar Almaniya Baş Konsulluğu yaxınlığında saxlanılıblar.

Qeyd edək ki, tarixi Dolmabağça Sarayında Türkiyə baş nazirinin iqamətgahı yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR