Sergey Şoyqu: “Rusiya və İran arasındakı konstruktiv münasibətlərin inkişafı beynəlxalq təhlükəsizliyin və regional sabitliyin təmin olunmasında vacib faktordur”

Sergey Şoyqu: “Rusiya və İran arasındakı konstruktiv münasibətlərin inkişafı beynəlxalq təhlükəsizliyin və regional sabitliyin təmin olunmasında vacib faktordur”
# 16 aprel 2015 17:37 (UTC +04:00)

Moskva.Fərid Əkbərov – APA. “Rusiya və İran arasındakı konstruktiv münasibətlərin inkişafı beynəlxalq təhlükəsizliyin və regional sabitliyin təmin olunmasında vacib faktordur. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu iranlı həmkarı Hüseyn Dehqanla IV Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində birgə keçirdiyi görüşdə bildirib.

Rusiya müdafiə naziri İran tərəfi ilə ənənəvi əlaqələrini yüksək qiymətləndirib: “İran rəhbərliyinin Rusiya ilə çoxtərəfli əlaqələrini genişləndirmək səylərini alqışlayırıq. Rusiya mart ayında Lozannada qəbul edilən İranın nüvə proqramı ilə bağlı qərarını müsbət qiymətləndirir”.

İranın müdafiə naziri Hüseyn Dehqan isə öz növbəsində bildirib ki, Rusiya hakimiyyəti yeni dünya düzəninin yaranmasına ehiyac olduğunu anlayır: “Bu yeni dünya düzəni bütün ölkələrin müstəqilliyi və suverenliyi nəzərə alınaraq bərabərhüquqlu əməkdaşlığına əsaslanmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR