Goranboyda 69 yaşlı musiqi müəllimi özünü güllələyib

 Goranboyda 69 yaşlı musiqi müəllimi özünü güllələyib
# 05 dekabr 2014 13:26 (UTC +04:00)

Goranboy Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 9 radələrində rayonun Dəliməmmədli qəsəbəsində qeydə alınıb. Uzun illər Dəliməmmədli Uşaq Musiqi məktəbinin direktoru işləmiş, hazırda isə o məktəbdə tar müəllimi kimi çalışan, 1945-ci il təvəllüdlü Məmişov Yolçu Məmiş oğlu ov tüfəngi ilə sinif otağında özünə atəş açaraq öldürüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Məlumatlara görə, mərhumun külli miqdarda borcu olub.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR