Siyavuş Novruzov: “Azərbaycana qarşı müxtəlif təzyiq və təxribat cəhdləri var”

Siyavuş Novruzov: “Azərbaycana qarşı müxtəlif təzyiq və təxribat cəhdləri var”
# 22 aprel 2013 11:12 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycan istər iqtisadi-siyasi, istərsə də sosial problemlərin həlli baxımından dünyanın bir çox ölkələrindən qat-qat yüksəkdə dayanır. Amma bu inkişafımızı gözü götürməyən qüvvələr də çoxdur. Məhz buna görə gənclər siyasi baxımdan hazırlıqlı olmalıdır. Çünki ölkəmizə qarşı müxtəlif təzyiqlər və təxribatlar etməyə cəhdlər göstərilir”. Hakim Yeni Azərbaycan Partiyasından (YAP) APA-ya verilən məlumata görə, bunu partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov YAP Gənclər Birliyinin ofisində keçirdiyi görüşdə bildirib.

O qeyd edib ki, Heydər Əliyev ideyaları Azərbaycanın inkişaf və rifah yoludur. Onun sözlərinə görə, bu gün Heydər Əliyev siyasi kursunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın tərəqqi yolunda irəliləməsini şərtləndirib: “Məhz buna görə də Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğ olunması olduqca vacib məsələdir. Bugünkü gənclər Heydər Əliyevin ideyalarını, prezident İlham Əliyevin siyasətini, Yeni Azərbaycan Partiyasının tutduğu doğru yolu dəstəkləyirlər. Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır”.

S.Novruzov Azərbaycana qarşı təzyiq və təxribatların qarşısını almaq üçün bildirib: “Heydər Əliyev irsini öyrənə-öyrənə gələcək inkişaf strategiyamızı müəyyənləşdirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR