Bank Of Baku

Ombudsman və UNICEF əməkdaşlığa dair fəaliyyət planı imzalayıb

Ombudsman və UNICEF əməkdaşlığa dair fəaliyyət planı imzalayıb
# 17 aprel 2018 15:36 (UTC +04:00)

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib.

 

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ombudsman təsisatı ilə UNICEF arasında 2018-2019-cu illər üzrə əməkdaşlığa dair ikitərəfli müqavilə imzalanıb.

 

Müqavilə üzrə həyata keçiriləcək tədbirlər Uşaq Hüquqları Konvensiyasının müddəalarına, BMT-nin müvafiq saziş qurumunun verdiyi tövsiyələrə əsaslanmaqla, icmalarda hüquqi maarifləndirmə işinin həyata keçirilməsini, bu sahədə çalışacaq təlimçilərin hazırlanmasını, treninq-seminarların, dövlət uşaq müəssisələrində keçiriləcək birgə monitorinqlərə, habelə Milli Preventiv Qrupun başçəkmələrinə dəstək verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR