Azərbaycan yığması dünya çempionatında ikinci qələbəsini qazanıb

Azərbaycan yığması dünya çempionatında ikinci qələbəsini qazanıb
# 25 sentyabr 2014 13:32 (UTC +04:00)

Bakı – APA. Bu gün İtaliyada qadın voleybolçular arasında dünya çempionatında III turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, D qrupunda yer alan millimiz Bari şəhərində növbəti görüşünə çıxıb.

İlk turda 3 qat dünya çempionu Yaponiyanı məğlub edən (3:2), ardınca digər Asiya təmsilçisi Çinə uduzan (0:3) voleybolçularımız bu dəfə Puerto-Rikonu sınağa çəkiblər.

Gərgin keçən matçda komandamız vacib qələbə qazanıb. Belə ki, görüşün ilk hissəsi millimizin üstünlüyü şəraitində keçib. Bunun nəticəsi olaraq, setboyu hesabda irəlidə olan Aleksandr Çervyakovun yetirmələri hissəni aktivlərinə yazmaqda çətinlik çəkməyiblər – 25:20.

Lakin ardınca rəqib təzyiqi artıraraq, əks-taktika ilə meydana çıxıb. Xalaxal prinsipi ilə keçən hissədə voleybolçularımız qalib gəlməyə yaxın olsalar da, mərkəzi amerikalılar daha dəqiq oynayıblar və yığmamızı 26:24 hesabı ilə məğlub ediblər.

Üçüncü hissə də eyni ssenari ilə davam edib. Top qəbulunda və servisdə zəif oyunumuz Puerto-Rikonu ruhlandırsa da, təcrübəli voleybolçularımız gəncləri layiqincə sığortalayıblar – 26:24.

IV hissə millimiz üçün vacib olsa da, bunu qazana bilməyib. Daha doğrusu, qələbəyə can atmayıb. Çünki hissəyə fəal başlayan rəqib bir neçə top önə keçdikdən sonra yığmamız özünü tay-brek üçün qorumağa başlayıb. Əsas voleybolçularımızın bəziləri hətta oyundan alınaraq, istirahət də edib. Bundan yararlanan Puerto-Riko isə yekunda 9 xallıq üstünlük əldə edib – 25:16.

Tay-brekdə daha ağır keçib. Çünki əvvəl millimiz öndə olsa da, ardınca rəqib hesab arasındakı fərqi minimuma endirib. Lakin sonda da öz səhvləri səbəbindən komandamızın məğlub olmasına “qol” çəkməyiblər.

Beləliklə, 2006-cı ildə dünya çempionatında 3:0 hesabı ilə məğlub etdiyimiz Puerto-Rikoya bu dəfə çətinliklə də olsa 3:2 hesabı ilə qalib gəldik. Lakin 1 xal itirməyimizə baxmayaraq, vacib 2 xalı qazanmağımız mübarizəni davam etdirmək üçün önəmlidir. Bu qızıl xallar millimizi müvəqqəti də olsa ikinci pilləyə də yüksəldib.

Qrupumuzun digər matçında Kuba Yaponiyanı, Belçika Çini sınağa çəkəcək.

Çin

2

2

0

6-0

150-107

6

Azərbaycan

3

2

1

6-7

256-285

4

Yaponiya

2

1

1

5-4

197-192

4

Puerto-Riko

3

1

2

5-6

248-249

4

Belçika

2

1

1

4-3

165-140

3

Kuba

2

0

2

0-6

109-152

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR