Oqtay Əsədov Avropa Xalq Partiyasının və Mərkəzçi Demokratlar İnternasionalının baş katibini qəbul edib

Oqtay Əsədov Avropa Xalq Partiyasının və Mərkəzçi Demokratlar İnternasionalının baş katibini qəbul edib
# 08 iyul 2014 07:07 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Avropa Xalq Partiyasının və Mərkəzçi Demokratlar İnternasionalının baş katibi Antonio-Lopez İsturizinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı ilə əlaqələrin dərinləşməsinə böyük önəm verdiyini bildirib. O qeyd edib ki, bu qurumlarla uğurlu əməkdaşlığın davam etdirilməsi YAP-ın beynəlxalq əlaqələrində prioritet istiqamətlərdəndir: “Bu gün partiyanın fəalları Avropa Xalq Partiyasının tədbirlərində fəal iştirak edir, avropalı siyasətçilərlə onları maraqlandıran məsələlər barədə dialoq aparırlar. Biz belə hesab edirik ki, Yeni Azərbaycan Partiyasının Avropa Xalq Partiyasına üzvlüyə qəbulu zamanın tələbidir. Bu gün Yeni Azərbaycan Partiyası dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu siyasi qurumlarla sıx əməkdaşlıq edir. Biz Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı ilə əlaqələrimizi gələcəkdə də davam etdirəcəyik”.

Antonio-Lopez İsturizi isə Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O bildirib ki, təmsil etdiyi partiya və təşkilat Cənubi Qafqazda baş verən prosesləri diqqətlə izləyir, Azərbaycanın nüfuzlu siyasi qurumu olan YAP ilə əlaqələrin inkişafına böyük önəm verir. Qonaq Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə Bakıda aparılan fikir mübadiləsinin önəmli olduğuna diqqət çəkərək, gələcəkdə də YAP ilə münasibətlərin daha da dərinləşdirilməsi niyyətində olduqlarını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR