BDU-nun tələbələri Qubada təcrübə keçəcəklər - FOTO

BDU-nun tələbələri Qubada təcrübə keçəcəklər - <span style="color: red;">FOTO
# 01 iyun 2015 10:31 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetində (BDU) müvafiq ixtisasların xüsusiyyətlərindən asılı olaraq, istehsalat çöl təcrübəsinə start verilib.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, universitetin rektoru, akademik Abel Məhərrəmov təcrübəyə gedən tələbələrlə görüşərək, onlara uğurlar arzulayıb.

Sonra universitetin biologiya, ekologiya və torpaqşünaslıq, geologiya, coğrafiya fakültələrinin tələbələri prorektorların və fakültə dekanlarının rəhbərliyi altında təcrübə rəhbərləri ilə birlikdə avtobuslarla universitetin Qubada yerləşən Tədris, təcrübə və istirahət mərkəzinə yola salınıblar.

Təcrübə fakültələr üzrə mərhələli şəkildə davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR