Liviyada İŞİD-in əsas “vergi yığanı” məhv edilib

Liviyada İŞİD-in əsas “vergi yığanı” məhv edilib
# 09 iyun 2016 21:41 (UTC +04:00)

Bakı-APA. Liviya ordusu Sirt şəhərinin azad olunması əməliyyatı zamanı İŞİD liderlərindən birini məhv ediblər. APA-nın “Sinhua”ya istinadən verdiyi xəbərə görə, Həmid Məlükə əz-Zlitni adında məhv edilən silahlı əhali arasında daha çox “zəkat knyazı” ləqəbi ilə tanınıb.

Bu arada Liviya ordusunun rəsmi nümayəndəsi briqada generalı Məhəmməd əl-Qəsri Sirt şəhərinin azad olunması əməliyyatının daha 2-3 gün davam edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR