Elçin Quliyev Cəlilabad, İmişli, Biləsuvar və Neftçala sakinlərini qəbul edəcək

Elçin Quliyev Cəlilabad, İmişli, Biləsuvar və Neftçala sakinlərini qəbul edəcək
# 05 aprel 2013 16:39 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev aprelin 25-də Cəlilabad, İmişli, Biləsuvar, Neftçala rayon sakinlərini qəbul edəcək. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Qəbul Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yerləşən Göytəpə Sərhəd Dəstəsinin qərargahında təşkil olunacaq.

Qəbulda iştirak etmək istəyən şəxslərdən xahiş olunur ki, onları maraqlandıran sualları aprel ayının 20-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012 498-01-55 və 012 498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR