Nazirlik: Avropa Oyunlarına gələn qonaqların otellərdə yerləşdirilməsi ilə bağlı problem gözlənilmir

Nazirlik: Avropa Oyunlarına gələn qonaqların otellərdə yerləşdirilməsi ilə bağlı problem gözlənilmir
# 01 aprel 2015 12:38 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bu gün AİTF-2014 sərgisinin açılış mərasiminə həsr olunan mətbuat konfransında deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq vəziyyətinin araşdırılması məqsədilə otellərdə monitorinqlər aparılıb və bu proses hazırda davam edir: “Mədəniyyət və Turizm Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birgə otellərin təhlükəsizlik məsələlərini öyrənmək üçün monitorinqlər keçirib. Avropa Oyunlarına görə Azərbaycana səfər edəcək turistlərin sayı ilə əlaqədar dəyərləndirilmələr aparılmasa da, qonaqların yerləşdirilməsi ilə əlaqədar problem gözlənilmir”.

Hotellərin qiymətlər məsələsinə toxunan şöbə müdiri əlavə edib ki, son illərdə Bakıda 4 ulduzlu otellərin sayı artıb: “Hazırda 4 ulduzlu otellərdə qiymət 70-80 manatdır. Bu, normal qiymət hesab oluna bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR