Aprelin 13-14-də Bakıda kibertəhlükəsizlik məsələləri ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Aprelin 13-14-də Bakıda kibertəhlükəsizlik məsələləri ilə bağlı beynəlxalq konfrans keçiriləcək
# 06 aprel 2015 09:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Aprelin 13-14-də Bakıda “İnformasiya əsrində milli təhlükəsizlik: İnformasiya Kommunikasiya Texnologiyalarına əsaslanan təhlükəsizlik mülahizələri” adlı beynəlxalq konfrans keçiriləcək.

ATƏT-in Bakıdakı layihə-koordinatorunun APA-ya verdiyi məlumata görə, tədbir Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.

Xarici İşlər, Milli Təhlükəsizlik, Ədliyyə və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə həyata keçirilən “Azərbaycanda kibercinayətkarlıqla mübarizə və onun qarşısının alınması” layihəsi çərçivəsində baş tutacaq. Tədbirin məqsədi hökumət, özəl, qeyri-kommersiya təşkilatları daxilində kibertəhlükəsizlik sahəsində yeni nailiyyətlərlə bağlı ümumi məlumatlılığın artırılması və beynəlxalq əməkdaşlıqdır.

Konfransda Azərbaycandakı 30 dövlət və özəl təşkilatlardan 80-dən çox nümayəndə, o cümlədən kibertəhlükəsizlik üzrə beynəlxalq ekspertlər iştirak edəcək. Tədbir ADA Universitetində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR