Stefan Şennak AŞPA Bürosunu Azərbaycana səfəri barədə məlumatlandırıb

Stefan Şennak AŞPA Bürosunu Azərbaycana səfəri barədə məlumatlandırıb
# 24 iyun 2016 13:13 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının son iş günündə qurumun bürosunun toplantısı keçirilib. Toplantıda Azərbaycan üzrə həmməruzəçi Stefan Şennak ötən həftə ölkəmizə etdiyi səfər barədə məlumat verib.

Büro iclası və ümumiyyətlə AŞPA-nın yay sessiyası barədə APA-ya açıqlama verən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətin rəhbəri Səməd Seyidov sessiyanın Azərbaycan nümayəndə heyəti üçün uğurlu keçdiyini bildirib.

“Bildiyiniz kimi bu yaxınlarda Azərbaycanda bir dairədə seçkilər keçirilib. Bununla bağlı həm AŞPA komitəsində, həm bürosunda müzakirələr çox müsbət keçib. Azərbaycan üzrə həmməruzəçilər də ölkəyə etdikləri səfər haqqında məlumat verdilər. Avropa Şurasında Azərbaycan nümayəndə heyəti üzvlərinin çıxışları, müzakirələri xüsusi önəm daşıyır. Ümumiyyətlə, bu sessiya bizim üçün çox uğurlu keçdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR