"VTB Qrup" "Bank VTB Azərbaycan"ın inkişafına 300 mln. dollar yatırıb

"VTB Qrup" "Bank VTB Azərbaycan"ın inkişafına 300 mln. dollar yatırıb
# 03 mart 2015 15:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. " Bank VTB"nin İdarə Heyətinin sədri, prezidenti Andrey Kostin bu gün Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb.

"APA-Economomics"in "Bank VTB (Azərbaycan)”ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı "VTB Qrup" tərəfindən Azərbaycan ərazisində biznesin inkişafına maraq olduğu qeyd olunub.

A. Kostin qeyd edib ki, 2014-cü ilin sonunadək "VTB Qrup" Azərbaycan iqtisadiyyatının inkişafına 700 mln. dollar yatırıb. Bu vəsaitin 300 mln. dolları törəmə bank olan “Bank VTB (Azərbaycan)”ın inkişafına, 400 mln. dollar isə nəqliyyat və kommunikasiya sahələrindəki layihələrin maliyyələşdirilməsinə sərf edilib.

Bank rəhbərinin sözlərinə görə, Azərbaycanda layihələrin maliyyələşdirilməsinə artırılmasına maraq var.

Bundan başqa, A. Kostin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov ilə görüşüb. Görüş zamanı “Bank VTB”nin digər səhmdar “AtaHoldinq” ilə birlikdə “Bank VTB (Azərbaycan)”ın inkişafı üçün fəaliyyət göstərdikləri qeyd olunub. Belə ki, 2014-cü ildə 7 satış məntəqəsi açılıb ki, bununla da məntəqələrin sayı 13-ə çatıb. Cari ilin fevral ayında isə bankın Gəncədə ilk filialı açılıb.

A. Kostin bildirib ki, “Bank VTB (Azərbaycan)” ilin əvvəlindən məcmu kapitala olan 50 mln. manatlıq minimal tələbi yerinə yetirməyə tam hazırdır. Hal-hazırda isə ölkə banklarının “TOP-10”-luğuna daxil olmaq kimi strateji məqsədinə nail olmaq üçün bankın hər cür imkanları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR