Dənizdə batmaq təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib - YENİLƏNİB - 1

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib - <span style="color: red;">YENİLƏNİB - 1
# 10 avqust 2014 15:37 (UTC +04:00)

Bakı – APA. Avqustun 10-da Bakı şəhəri Səbail rayonunda (“Şıx-2” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nazirliyin xilasediciləri dənizdə batmaq təhlükəsi ilə üzləşmiş daha bir nəfəri isə Xəzər rayonunda (“Zaqulba 1” sularda xilasetmə məntəqəsinin ərazisində) xilas ediblər.


***

Saat 15.33

Bakı – APA. Avqustun 10-da daha iki nəfər Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri Xəzər rayonunda (“Zaqulba” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.




***

Saat 14:52


Bakı – APA. Avqustun 10-da Bakı şəhəri Sabunçu rayonunda (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batmaq təhlükəsi ilə üzləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən həmin şəxs Nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Bakı şəhəri Xəzər rayonunda (“Zaqulba 1” sularda xilasetmə məntəqəsinin ərazisində) da batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR