Təhsil Nazirliyi Azərbaycanda xarici tələbələrin sayının azalmasının səbəblərini açıqlayıb

Təhsil Nazirliyi Azərbaycanda xarici tələbələrin sayının azalmasının səbəblərini açıqlayıb
# 25 yanvar 2013 13:33 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Tamilla Əliyeva məlumat verib.

O bildirib ki, əcnəbi tələblərin sayının azalmasının müxtəlif səbəbləri var. T.Əliyevanın sözlərinə görə, Azərbaycanda təhsil alan əcnəbi tələlər arasında Türkiyədən olan tələblər üstünlük təşkil edir: “Bir müddət öncə Türkiyədə başıbağlı olanların təhsil alması qadağan olunduğu üçün onlar Azərbaycanda oxumağa üstünlük verirdilər. Bundan əlavə, Türkiyədə ali təhsil müəssisələrinin sayı az idi. Lakin zaman keçdikcə bu problemlər öz həllini tapıb. Türkiyədə son zamanlar 23 yeni universitet açılıb. Bunun nəticəsində isə Türkiyədən olan tələbələr öz ölkələrində təhsil almağa üstünlük verir və Azərbaycanda oxumağa gələn tələbələrin sayında azalma müşahidə olunur”.

T.Əliyeva qeyd edib ki, bu gün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə 1900-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Onların təhsil aldığı ölkələr arasında ən yüksək pillələri Böyük Britaniya, Türkiyə və Almaniya tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR