Bank Of Baku

“Mediasiya haqqında” yeni qanun layihəsi hazırlanıb - ÖZƏL

“Mediasiya haqqında” yeni qanun layihəsi hazırlanıb - ÖZƏL
# 14 mart 2019 14:53 (UTC +04:00)

Azərbaycanda tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı yeni qanun layihəsi hazırlanıb.

ONA-nın əldə etdiyi məlumata görə, bu, “Mediasiya haqqında” qanun layihəsidir.

Yeni sənəd Konstitusiyanın 94-c maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.

Mediasiya - mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir.

Mediator - Peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu qanunun tələblərinə cavab verən şəxsdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR