Əli Əsgər Sultaniyə: “ABŞ NPT müqaviləsinə əməl etmir”

Əli Əsgər Sultaniyə: “ABŞ NPT müqaviləsinə əməl etmir”
# 27 noyabr 2012 12:54 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “ABŞ Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Razılaşmasını (NPT) açıq şəkildə pozur”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə deyib.

O bildirib ki, ABŞ-ın “Orta Şərq regionunun nüvə silahından təmizlənməsi” konfransını təxirə salması NPT müqaviləsinin şərtlərinə ziddir: “Ağ Ev İsrailin təzyiqinə məruz qalmaqdan qorxaraq konfransın tarixini dəyişdi. İran ABŞ-ın bu addımını şiddətlə qınayır və bunu NPT müqaviləsinin açıq şəkildə pozulması kimi qəbul edir. Ağ Evin konfransı təxirə salması onun müqaviləyə sadiq olmadığının göstəricisidir. Bu addım ABŞ-ın beynəlxalq qanunları pozan İsrailin yaxın müttəfiqi və dəstəkləyicisi olduğunu bir daha isbat edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR