Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb
# 24 noyabr 2014 08:11 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2014-cü ilin noyabrın 1-nə 15 033,2 mln. ABŞ dolları təşkil edib.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 449,5 mln. dollar və ya 10,67% çoxdur.

Eyni zamanda, cari ilin əvvəlindən artım 881,6 mln. dollar və ya 6,2% olub.

Maraqlıdır ki, valyuta ehtiyatları ötən ay ilə müqayisədə 0,1% və ya 8,8 mln. dollar azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR