"Petronas" Azərbaycanda filial açıb

"Petronas" Azərbaycanda filial açıb
# 09 iyul 2015 07:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Vergilər Nazirliyi "Petronas Azerbaijan (Shah Deniz) S.A.R.L." şirkətini qeydiyyata alıb.

Vergilər Nazirliyindən "APA-Economics"ə verilən xəbərə görə, şirkət qeydiyyatdan iyun ayının 9-da keçib.

Xatırladaq ki, ötən il oktyabrın 13-də Norveçin “Statoil” şirkəti Malayziyanın “Petronas” şirkəti ilə 2,25 mlrd. dollar dəyərində sövdələşmə imzalayıb. "Statoil" bu sövdələşmə çərçivəsində “Şahdəniz” layihəsindəki 15,5% payını, “Cənub Qaz Dəhlizi” layihəsindəki 15,5% payını və AGSC (Azerbaijan Gas Supply Company) şirkətindəki 12,4% payını “Petronas” şirkətinə satıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR