Musiqili Teatrda mövsümün yekunu ilə əlaqədar mükafatlandırma mərasimi keçirilib

Musiqili Teatrda mövsümün yekunu ilə əlaqədar mükafatlandırma mərasimi keçirilib
# 04 iyul 2016 15:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dövlət Musiqili Teatrında 106-cı teatr mövsümünün yekunlaşması ilə əlaqədar mükafatlandırma mərasimi keçirilib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mehriban Zalıyeva “Mövsümün ən yaxşı aktrisası”, Çingiz Əhmədov “Mövsümün ən yaxşı aktyoru”, Əmrah Dadaşov “Mövsümün debütü” (kişi), Aydan Qasımova “Mövsümün debütü” (qadın), Nigar Qarayeva “Mövsümün perspektivli aktrisası”, Səmədzadə Xasıyev “Mövsümün perspektivli aktyoru”, Ağaxan Şərifov “Mövsümün ən məhsuldar aktyoru”, Almaz Ələsgərova “Mövsümün sevilən aktrisası”, Ülviyyə Əliyeva “Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı”, Nərgiz Kərimova “Mövsümün debütü” (rus bölməsi, qadın), Nicat Əli “Mövsümün debütü” (rus bölməsi, kişi), Tofiq Seyidəmirov “Mövsümün ən yaxşı musiqiçisi - orkestr artisti”, Fərid Rzayev “Mövsümün ən yaxşı xor artisti”, Cəlalə Novruzlu “Mövsümün ən yaxşı balet artisti”, İfadə Bağırova “Mövsümün ən yaxşı texniki işçisi” və Vidadi Həsənov “Mövsümün ən işgüzar əməkdaşı” nominasiyaları üzrə qalib olub.

Həmçinin “Baladadaşın toy hamamı” (Elçin) və “999-cu gecə” (“Min bir gecə” nağıllarının motivləri və F. Əmirovun musiqiləri əsasında) tamaşaları “Mövsümün ən yaxşı tamaşası” seçilib.

Xalq artisti İlham Namiq Kamal və aktyor Hüseyn Əlili isə Hüseynağa Sadıqov adına “Billur alma” mükafatına layiq görülüblər. Qaliblərə xüsusi prizlər və mükafatlar verilib.

Qeyd edək ki, mükafatlandırma ənənəsinin əsası ötən il – 105-ci teatr mövsümünün yekununda qoyulub. Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin təklifi əsasında formalaşan mükafatın təsisçiləri Musiqili Teatr və teatrın Həmkarlar İttifaqıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR