Ombudsman nümayəndələri Bakının iki rayonunun Polis idarələrinə başçəkmə həyata keçiriblər

Ombudsman nümayəndələri Bakının iki rayonunun Polis idarələrinə başçəkmə həyata keçiriblər
# 23 sentyabr 2015 13:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Nəsimi Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 22-ci polis bölməsinə, habelə Yasamal RPİ-nin MSY-nə başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən həyata keçirilən başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.


Başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna və MSY-nin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Saxlanılma şəraitinin araşdırılması məqsədilə MSY-in kameralarına baxışlar keçirilib, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş və telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb.

MPQ üzvləri tərəfindən həmin müəssisələrdə 15-dən artıq saxlanılan şəxs fərdi qaydada qəbul edilib, onlarla təkbətək söhbətlər aparılıb. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib.

Adı çəkilən rayon polis idarələrinin MSY-in rəhbərliyinə müvafiq qanunvericiliyə, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna və MSY-nin daxili intizam Qaydalarına müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR