Qubada əsən güclü külək nəticəsində ağac aşaraq magistral yolu bağlayıb

Qubada əsən güclü külək nəticəsində ağac aşaraq magistral yolu bağlayıb
# 24 mart 2013 10:08 (UTC +04:00)

Bakı – APA. Quba rayonu ərazisində güclü külək fəsada səbəb olub. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Quba rayonu ərazisində, Quba-Xaçmaz magistral yolunda güclü külək əsməsi nəticəsində ağac aşaraq yolu qapadıb və vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobili idarəetməni itirərək həmin ağaca çırpılıb.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü xəsarət almayıb.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, yolun açılmasını təmin ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR