Bank Of Baku

Moratinos: Azərbaycan və Ermənistanın Sivilizasiyalar Alyansına etibar etməsi vacibdir

Moratinos: Azərbaycan və Ermənistanın Sivilizasiyalar Alyansına etibar etməsi vacibdir
# 27 oktyabr 2026 12:38 (UTC +04:00)

BMT-nin planlarından biri dini obyektləri qorumaqdır.

APA xəbər verir ki, bunu Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos deyib.

O bildirib ki, Azərbaycan və Ermənistanın Sivilizasiyalar Alyansına etibar etməsi vacibdir:

“Mədəni mirasları qorumağa davam edəcəyik. Düşünürəm ki, hər iki tərəfin — Ermənistan və Azərbaycanın BMT-nin tərəfdaşlığına, vətəndaş cəmiyyətinə əsaslanmaq üçün BMT-yə etibar etməsi çox vacib idi”.

O qeyd edib ki, Bakı Prosesi BMT Sivilizasiyalar Alyansının Qafqaz proqramı arasındakı ən uğurlu proqramlardan biri olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR