“Məhsəti Gəncəvi” kitabının 7 dildə nəşri başa çatdırılıb

“Məhsəti Gəncəvi” kitabının 7 dildə nəşri başa çatdırılıb
# 07 iyul 2014 15:08 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. “Məhsəti Gəncəvi” kitabının 7 dildə nəşri başa çatdırılıb.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, "Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında” sərəncama uyğun olaraq millət vəkili, akademik Rafael Hüseynovun müəllifi olduğu kitab italyan, çex, alman, yapon, ispan, tacik, urdu dillərində çap olunub.

Kitablarda şairənin həyat və yaradıcılığından bəhs edilir, rübailərindən parçalara yer verilir.

Nazirlikdən bildiriblər ki, portret-oçerk ötən il mayın 16-da Parisdə UNESCO-nun baş qərargahında keçirilmiş yubiley tədbiri zamanı iştirakçılara təqdim edilib.

"Şərq-Qərb" nəşriyyatında çap olunan kitablar nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR