Maliyyə pozuntularına yol verən vəzifəli şəxslər cərimələnəcək

Maliyyə pozuntularına yol verən vəzifəli şəxslər cərimələnəcək
# 21 dekabr 2012 12:23 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, habelə büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılmasına görə həmin təşkilatların vəzifəli şəxsləri bu əməllər 1000 manatadək olan məbləğdə törədildikdə 300 manatdan 500 manatadək, bu əməllər 1000 manatdan yuxarı məbləğdə törədildikdə 500 manatdan 700 manatadək miqdarda cərimə ediləcəklər.

Layihə səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR