Manat avroya qarşı möhkəmlənməkdə davam edir - VİDEO

Manat avroya qarşı möhkəmlənməkdə davam edir - <span style="color: red;">VİDEO
# 26 oktyabr 2015 06:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün oktyabrın 23-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 26-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 23-ü ilə müqayisədə 0,0003 manat və ya 0,03% artaraq 1,0490 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0078 manat və ya 0,67% azalaraq 1,1577 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,59% artaraq 0,0169 manat səviyyəsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR