“Azəryolelmitədqiqatlayihə” institutunun ixtisasartırma kurslarını bitirənlərə sertifikat verilib

“Azəryolelmitədqiqatlayihə” institutunun ixtisasartırma kurslarını bitirənlərə sertifikat verilib
# 30 oktyabr 2015 12:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin “Azəryolelmitədqiqatlayihə” institutunda təşkil edilmiş ixtisasartırma kurslarında təhsil alan orta səviyyəli mütəxəssislərin ilk qrupu kursu müvəffəqiyyətlə bitirib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Azəryolelmitədqiqatlayihə” institutunda avtomobil yollarının yüksək keyfiyyətdə tikilməsi və uzunmüddətli istismarının təmin edilməsi, institutda işləyən mühəndislərin hazırlıq səviyyəsinin və elmi fəaliyyətinin yüksəldilməsi, avtomobil yollarının tikintisində istifadə olunan materialların yoxlanılmasında yeni texnologiyalara əsaslanan testlərin tətbiqi, ağır tonnajlı nəqliyyat vasitələrinin təsirinə məruz qalan yol örtüyünün qorunması və uzun ömürlüyünün təmin olunması məqsədilə bu ilin 1 oktyabr tarixindən orta səviyyəli mütəxəssislər üçün ixtisasartırma kursları təşkil edilib.

Sözügedən kurslarda orta səviyyəli mütəxəssislər “Yol inşaat materiallarının laboratoriya sınaqları”, “Yol inşaat materiallarının laboratoriya sınaqları (operator – asfaltbeton)”, “Avtomobil yollarının tikintisi” (mexanizator – avtoqreyder), “Avtomobil yollarının tikintisi” (mexanizator – vərdənə), “Avtomobil yollarının tikintisi” (layihə - axtarış) işləri üzrə 1 aylıq kursu bitiriblər.

Kursu bitirənlərə müvafiq olaraq sertifikatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR