Sumqayıtda 30 yaşlı qadının qətli ilə bağlı keçmiş həyat yoldaşı saxlanılıb - FOTO - YENİLƏNİB

Sumqayıtda 30 yaşlı qadının qətli ilə bağlı keçmiş həyat yoldaşı saxlanılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 19 mart 2015 12:01 (UTC +04:00)

Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Şəhər Polis İdarəsi və Şəhər Prokurorluğu əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin isti izlərlə müəyyən edilərək tutulması təmin edilib. Mərhumun keçmiş həyat yoldaşı Hüseynov Zaur İnqilab oğlu şübhəli şəxs qismində saxlanılıb.

***

14.22

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda qətl törədilib.

Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün baş verib. Şəhər sakini, 30 yaşlı Esmira Şirbala qızı Hüseynovanın işlədiyi mağazanın qarşısında üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətl baş verən yerin fotoları sosial şəbəkələrdə yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR