Niderlandın xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək.
APA xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin “X” hesabında məlumat yayılıb.
Səfər çərçivəsində Niderland və Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi məqsədilə müvafiq dövlət qurumlarının nümayəndələri və digər tərəfdaşlarla görüşlər keçiriləcək.