ARDNŞ qazma işlərini bir ildə 44% azaldıb

ARDNŞ qazma işlərini bir ildə 44% azaldıb
# 04 sentyabr 2014 07:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 8 252 metr qazma işi həyata keçirib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin müvafiq ayı ilə müqayisədə 6 529 metr və ya 44,2% azdır. Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-avqust aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 89 375 metr qazma işi görülüb. Bu, ötən ilin 8 ayı ilə müqayisədə 17 834 metr və ya % 16,6% azdır.

Bunun da 87747 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR