Qətldə təqsirləndirilən 16 yaşlı qıza hökm oxunub

Qətldə təqsirləndirilən 16 yaşlı qıza hökm oxunub
# 30 aprel 2015 14:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən 16 yaşlı Aydan Xalitovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Xalitova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il noyabrın 27-də 1998-ci il təvəllüdlü Aydan Xalitova münaqişə zəminində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Şəms Daşdəmir qızı Abdullayevanı bıçaqla qətlə yetirib. İstintaq zamanı münaqişənin qısqanclıq zəminində baş verdiyi məlum olub.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR