BDU Yaponiyadan yeni cihazlar alacaq - FOTO

BDU Yaponiyadan yeni cihazlar alacaq - <span style="color: red;">FOTO
# 02 iyul 2015 11:23 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın Tokio Boeki şirkətinin prezidenti Keiji Takigava və Ukrayna ofisinin icraedici direktoru Aleksey Şpakı qəbul edib.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, görüşdə universitet və Tokio Boeki şirkətinin əməkdaşlığından bəhs edilib. Məlum olub ki, BDU bu şirkətin ümumi dəyəri 1200000,0$ civarında yüksək ayrıdetmə qabiliyyətinə malik skanedici elektron mikroskopu və stolüstü rentgen difraktometrini alıb və yeni yaradılan Yüksək Texnologiyalar Mərkəzi üçün yeni avadanlıqların almasını nəzərdə tutur.

Görüşdə fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və beynəlxalq əlaqələr departamentinin rəhbəri Gülheyran Rəhimova da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR