Bakıda 4 otaqlı ev yanıb

Bakıda 4 otaqlı ev yanıb
# 19 sentyabr 2015 22:39 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR