Gəncədə tələbə dəm qazından zəhərlənib

Gəncədə tələbə dəm qazından zəhərlənib
# 31 oktyabr 2015 05:40 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə Dövlət Universitetinin tələbəsi, 1995-ci il təvəllüdlü Eltac Süleymanov ağır dəm qazı zəhərlənməsi əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilsə də, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, E. Süleymanov kirayədə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR