Gürcüstanda Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarına qarşı ittiham irəli sürülüb

Gürcüstanda Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarına qarşı ittiham irəli sürülüb
# 29 oktyabr 2014 17:23 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Müdafiə Nazirliyinin saxlanılan 5 əməkdaşından ikisinə Baş Prokurorluq tərəfindən ittiham irəli sürülüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Georgi Lobjanidze və Arçil Alavidze soyadlı məmurlar böyük miqdarda dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinirlər.

Xatırladaq ki, oktyabrın 28-də Gürcüstanın Baş Prokurorluğu bu ölkənin Müdafiə Nazirliyinin 5 nəfər yüksək rütbəli məmurunun saxlanılması barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR